Havay adalarında baş verən meşə yanğınlarında 53 nəfər ölüb.
FED.az xəbər verir ki, bu barədə “Hawaii News Now” məlumat yayıb.
"Yanğının söndürülməsi üçün davam edən işlər çərçivəsində daha 17 nəfərin öldüyü təsdiqlənib. Bununla da ölənlərin sayı 53-ə çatıb", - məlumatda deyilir.
Bundan əvvəl 36 nəfərin öldüyü barədə məlumat daxil olmuşdu.
Güclü yanğınlar Havay adalarındakı ən məşhur turistik zona olan Lahaina şəhəri də daxil olmaqla, bir çox yaşayış məntəqələrini məhv edib.
Məlumatlara əsasən, meşədə başlamış yanğın yaşayış məntəqəsinə keçib. (Marja)