Lənkəran-Lerik yoyulun Sivəkəran kəndi ərazisində yerləşən “Təbəssüm” istirahət mərkəzində yanğın hadisəsi, ilkin məlumata görə, gecə saat 3 radələrində başlayıb.
FED.az xəbər verir ki, yanğından təxminən yarım saat sonra hadisə barədə FHN-in Yanğından Mühafizə hissəsinə məlumat verilib.
Hadisə yerinə 3 yanğınsöndürən texnika və canlı qüvvə cəlb olunub. Ümumilikdə, taxta konstruksiyalı ikimərtəbəli 2 kottec, digər ikisində tavan və dam örtükləri və əsas xidməti binanın mətbəx hissəsi, ümumilikdə 410 kvadratmetr sahə tam olaraq yanıb. Yanğının digər kotteclərə və meşə ərazisinə keçməsinin qarşısı alınıb. Xəsarət barədə məlumat yoxdur.
Yanğın səhər saat 6:30-da lokallaşdırılıb. Onun mətbəxdə qısaqapanmadan baş verdiyi ehtimal edilir.
Faktla bağlı araşdırma aparılır.
İstirahət mərkəzindən "FED.az"-a bildirilib ki, istirahət mərkəzinin sığortası olmayıb. Dəymiş ziyanın ümumiməbləğ isə 120-130 min manat təşkil edib.
***
Lerik rayonunun Sivəkəran kəndində “Təbəssüm” istirahət mərkəzində yanğın baş verib.
Bakıda sexdə yanğın nəticəsində ölənlərin sayı 9-a çatıb - FOTO - VİDEO - YENİLƏNİB
FED.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, istirahət mərkəzinin ərazisində hər birinin sahəsi 144 m² olan 2 ədəd ikimərtəbəli yeməkxana binasının yanar konstruksiyaları, içərisində olan avadanlıqlar, yaxınlıqda bir-birinə bitişik, ümumi sahəsi 120 m² olan 3 ədəd kotteclərdən sahəsi 34 m² olan bir kottecin yanar konstruksiyaları və digər iki kottecin dam örtüyü yanıb.
Kotteclərin qalan hissəsi və meşə zolağı yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.