Avqustun 23-də baş vermiş 5 maqnitudalı zəlzələdən sonra Masallı rayonunda bəzi evlərdə çatlar əmələ gəlib, daha bir ev isə yararsız hala düşüb.
Nüsrət İbrahimov: "Bakıda binaların keyfiyyəti heç də Londondan geri qalmır"
FED.az xəbər verir ki, zəlzələnin bu kimi fəsadları daha çox rayonun Hişkədərə kənd ərazi vahidliyinə daxil olan kəndlərdə müşahidə olunub.
Mişkəmi kənd sakini Cahan Kərimovaya məxsus fərdi yaşayış evi yeraltı təkanlardan sonra qəzalı vəziyyətə düşüb.
Qeyd edək ki, yerli qurumlar zəlzələnin törətdiyi fəsadlar barədə sakinlər tərəfindən məlumatlandırılıb.
Vətəndaşların müraciətləri üzrə evlərə baxış keçirilib və qeydə alınan vəziyyətlə bağlı aidiyyəti üzrə müraciət olunub.
Xatırladaq ki, avqustun 23-də yerli vaxtla saat 01:23-də Masallı və Cəlilabad rayonlarının inzibati sərhədində 5 maqnitudada zəlzələ olub. (Report)