Masallıda çay və suötürücü kanalların daşması nəticəsində həyətləri su basıb və 20 nəfər təxliyə olunub.
Eləcə də bax: Aqrar Sığorta Fondu fermerlərə - MÜRACİƏT ETDİ
FED.az xəbər verir ki, dünən axşam saatlarında intensiv yağan yağışlar Masallı rayonunun Alvadı kəndindən keçən eyniadlı çayın və Bədəlan, Mollaoba, Boradigah, Rüdəkənar kəndlərində olan suötürücü kanalların daşımasına səbəb olub.
Nəticədə sel suları əkin sahələrinə və təsərrüfata ziyan vurub. Rüdəkənar kəndində 70 baş xırdabuynuzlu və 1 baş iribuynuzlu heyvan tələf olub.
Dünən gecə saatlarından ərazidə işlər davam etdirilir. FHN-nin xilasediciləri kiçikhəcmli gəmilər vasitəsilə kəndlərdə köməksiz vəziyyətdə olan 20 nəfəri təxliyə ediblər. (Apa)