Dekabrın 19-da saat 02.35-də Sabunçu rayonunun Savalan yaşayış sahəsində yerləşən marketlərin birində satıcıya 2 ədəd 200 manatlıq saxta əskinas verən şəxs Sabunçu Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
DİN-in mətbuat xidmətindən FED.az-a verilən məlumata görə həmin şəxsin Bakı şəhər sakini Tural Becanov olması müəyyən olunub. O 14-cü Polis Bölməsinə təhvil verilib. Araşdırma aparılır.