Venesuela prezidenti Nikolas Maduro ölkədə erkən parlament seçkilərinin keçirilməsinə hazır olduğunu bəyan edib.
FED.az xəbər verir ki, bu barədə o, Karakas şəhərində tərəfdarlarının iştirakı ilə baş tutan mitinqdə bildirib.
“Onlar seçki istəyirlər? Biz parlament seçkilərini keçirəcəyik”, - deyə Maduro söyləyib.
Ölkənin qanuni prezidenti təklifin Venesuelanın Konstitusiya Assambleyası tərəfindən nəzərdən keçiriləcəyini qeyd edib (qafqazinfo.az).