Hadisə

Londonda Cahangir Hacıyevin villası müsadirə edilib?

Londonda Cahangir Hacıyevin villası müsadirə edilib? | FED.az
12:01 9 Okt 2018

Qeyri-rəsmi məlumatlara görə, London məhkəməsi Zamirə Hacıyevadan 28,5 mln. dollar dəyəri olan elit daşınmaz əmlakın müsadirə edilməsi haqqında qərar qəbul edib. "Banksta" telegram-kanalın yaydığı məlumata görə, Zamirə Hacıyeva mənimsəməyə görə 15 il müddətinə azadlıqdan məhrum edilmiş Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyevin həyat yoldaşıdır.

Britaniya tarixində ölkə hakimiyyətinin çirkli pullara qarşı mübarizə çərçivəsində korrupsiyaya qarşı mübarizə haqqında yeni qanundan istifadə etdiyi ilk hadisədir. Bu ilin fevralından etibarən qanun hakimiyyətin ölkə ərazisindəki əcnəbi aktiv sahiblərinə mənşəyi müəyyən edilməmiş sərvət üçün order verməsinə icazə verib. Aktiv sahibi onun qanuni mənşəyini sübut edə bilmirsə, hüquq mühafizəçiləri əmlakın müsadirəsi prosesini işə sala bilirlər, deyə "Novıye İzvestiya" qeyd edir.

Cinayətkarlığa qarşı Mübarizə Agentliyi artıq bildirib ki, Zamirə Hacıyeva daşınmaz əmlakı ərinin ABB-dən çıxardığı pula alıb.

Məhkəmədə əvvəlki dinləmələr zamanı Zamirənin kifayət qədər israfçı həyat tərzi keçirdiyi, şəxsi təyyarədən istifadə etdiyi, Harrods univermağında alış-verişə böyük məbləğlər xərclədiyi bildirilib.

Hacıyeva ötən həftə əmlakının müsadirəsi haqqında London Ali Məhkəməsinin qərarından verdiyi apellyasiyanı uduzub, deyə nəşr qeyd edir.

Digər xəbərlər