Lənkəran rayonunun Boladı kəndindən Lerik rayonuna ziyarətə gedənlər geri qayıdarkən Lerik rayonunun Günəşli kəndi ərazisində qəzaya düşüblər. İlkin məlumata görə, 8 nəfər ölüb, 10-dək yaralı var.
FED.az xəbər verir ki, təqribən 18 - 20 nəfər tutumu olan mikroavtobusda olan sərnişinlərin əksəriyyətinin yaşlı adamlar olduğu bildirilir.
Hadisə yerinə FHN əməkdaşları da gəlib.
Xilasedicilər meyitləri və yaralıları yerli sakinlərin köməkliyi ilə maşından çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.
Lerik rayon Günəşli kəndi üzrə ərazi icra nümayəndəsi Mirabbas Vəliyevin verdiyi məlumata görrə, ölənlərin sayı 8-ə çatıb.
Qəza zamanı avtobusda olanların bəzilərinin adı açıqlanıb:
Seyyadov Səyyad Hacıbala oğlu - sürücü (1959-cu il təvəllüdlü)
Kərimova Nazilə Ağəli qızı (1958)
Fərəcova Şərafət Ənvər qızı (1959)
İbrahimova Əsbət Ağabala qızı (1952)
Qurbanova Gülər Məmmədağa qızıdır (1959)
Mənbə: APA