Lənkəranda bıçaqlanma hadisəsi baş verib.
FED.az biznes xəbərləri agentliyi APA-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Lənkəran şəhərinin "Böyük Bazar" deyilən ərazisində qeydə alınıb. Belə ki, Lənkəran rayonunun Osaküçə kəndində yerləşən "Pambayi" istirahət mərkəzin müdiri 1977-ci il təvəllüdlü Firad Səyad oğlu Həbibov bıçaqlanıb.
5 bıçaq zərbəsi alan yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Yaralıya zəruri ilkin tibbi yardım göstərildikdən sonra əməliyyat blokuna alınıb.
Lənkəranda iş adamını bıçaqlayan şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Qeyd olunur ki, bu əməli törətməkdə şübhəli bilinən 40 yaşlı B.Tahirovdur.
Faktla bağlı araşdırma aparılır.