SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi Müdafiə Nazirliyini (MN) məhkəməyə verib.
FED.az xəbər verir ki, "Azəriqaz" istifadə olunmuş təbii qazın dəyərinin MN tərəfindən ödənilməsi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.
İddia üzrə növbəti məhkəmə prosesi Miminat Hacıbəyovanın sədrliyi ilə bu il fevralın 6-da keçiriləcək.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








