Bazarları sarsıdan “Bitcoin” bu dəfə Türkiyədə gömrük əməkdaşlarını həyəcan siqnalı verməyə məcbur edib.
FED.az xarici mediaya istinadən xəbər verir ki, İstanbulda “Atatürk” Hava Limanında “Bitkoin mining qurğusu”nun Türkiyəyə keçirilməsinə cəhdin qarşısı alınıb. Belə ki, hava limanında 1 gün fərqlə 2 “bitkoin”əməliyyat keçirilib.
İlk əməliyyatda Nyu Yorkdan Türkiyəyə gələn Batuhan A.-nın yükləri yoxlanarkən içərisindən bitkoin istehsalında istifadə edilən 12 video kartı, 1 enerji təchizatı, 1 kamera, 27 video kart yuvası, 1 sensor və 1 sinqal aşkarlama cihazı tapılıb. Gömrük dəyəri 6 min 892 lirə olan əşyalar müsadirə edilərək götürülüb.
İkinci əməliyyat zamanı isə Əbu-Dabidən gələn Rojin İ. yaşıl xəttən keçməyə cəhd göstərərkən yaxalanıb. Onun üzaərindən 5 video kart və 5 enerji təchizatı tapılıb. Onun yüklərinin gömrük dəyəri 76 min 500 lirə qiymətləndirilib.
Nəzarətə alınan hər 2 şübhəli şəxs Türkiyənin Qaçaqçılıq Qanununa uyğun olaraq fərdlərin gömrük rəsmiləşdirilməsindən yayınmağa cəhd maddəsi ilə ittiham edilirlər.
“Atatürk” Hava Limanında "bitkoin əməliyyatı": 2 nəfər saxlanıldı
18:54
26 Yan 2018