FHN-dən bildirilib ki, sözügedən yanğın hadisəsi “LC Waikiki” mağazasının anbarında baş verməyib.
Anbara bitişik kağız sexi yanıb və bu barədə ötən gün FHN məlumat yayıb.
***
“LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib.
FED.az xəbər verir ki, hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında iyulun 6-da gecə saat 02:00 radələrində baş verib. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub.
İlkin məlumata görə hadisə qısapanmadan baş verib. (Musavat.com )