Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində istixanalarda baş verən yanğın haqqında FHN-in 112 qaynar xərttinə 09:34 radələrində məlumat daxil olub.
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev məlumat verib.
T. Babayev qeyd edib ki, dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Qısa zamanda yanğının məhdudlaşdırılması və söndürülməsinə nail olunub:
"Hazırda xırda közlərin söndürülməsi işləri həyata keçirilir. Yanğın zamanı ümümi sahəsi 2000 kvadratmetr olan istixananın 1400 kv.m hissəsi yanğından mühafizə olunub. Yanğının digər istixanalara keçməsinin qarşısı alınıb".
XXX
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən obyektdə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində tam söndürülüb.
FHN-dən verilən məlumata görə, yanğın nəticəsində ümumi sahəsi 2000 kv.m olan istixana kompleksinin intizibati binası 560 kv.m. sahədə yanıb.
İnzibati binanın böyük hissəsi və bitişik yerləşən istixanalar yanğından mühafizə olunub.