Kürdəmir rayonunun Mollakənd kəndində ümumi sahəsi 13 ha olan istixananın tavan hissəsinə çəkilmiş sintetik örtük 1 ha sahədə yanıb.
Eləcə də bax: Əkin sahələrində yanğınlarla bağlı sığorta ödənişləri ediləcək - MÜRACİƏTLƏR BAŞLAYIB
Fövqəladə Hallar Nazirliyindən FED.az-a verilən məlumata görə, istixananın qalan hissəsi yanğından mühafizə olunub.
"Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - nazirlikdən bildirilib.