Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız  siqaretlərin realizə olunacağı barədə məlumat daxil olub. 
DGK-nin mətbuat xidmətindən FED.az-a verilən məlumata görə, dərhal yaradılan əməliyyat qrupu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində  Suraxanı rayon Qaraçuxur qəsəbəsi Cəlal Qasımov küçəsində Azərbaycan Respublikası vətəndaşı Qurbanov Elvin Əfrasiyab oğlunun idarə etdiyi “OKA SeAZ-11116” markalı, 24 BE 054 dövlət qeydiyyat  nişanlı minik avtomobili saxlanılaraq nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan külli miqdarda xarici markalı siqaretlər aşkar olunub.
 
Faktla bağlı araşdırma aparılır.
 
                                                    
                                                    
                    Külli miqdarda xarici markalı siqaretlər aşkar olunub
 
                            
                            
                        
                            11:41
                            3 Mart 2017
                        
                        

 
            

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








