Ermənistanın keçmiş prezidenti Robert Koçaryan həbs olunub.
FED.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, paytaxt Yerevanın Şenqavit Rayon Məhkəməsi sabiq dövlət başçısı barəsində həbs qətimkan tədbiri seçib.
Ona qarşı 2008-ci il martın 1-dəki hadisələrə dair cinayət işi çərçivəsində ölkənin konstitusion quruluşunu devirməsi ittihamı irəli sürülüb.
Qeyd edək ki, R.Koçaryan 1999-2008-ci illərdə Ermənistanın prezidenti olub.