Aprelin 4-də Daşkəsən seysmoloji stansiyasından 49 kilometr cənubda – Kəlbəcər rayonu ərazisində zəlzələ qeydə alınıb.
FED.az Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosuna istinadla xəbər verir ki, yerli vaxtla saat 13:21-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.2-yə bərabər olub.
Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.