Kəlbəcər və Laçın rayonlarının dağlıq hissəsində davam edən yanğınla mübarizə üçün helikopterlər cəlb olunub.
FED.az xəbər verir ki, yanğının dağlıq ərazidəki meşə massivinə keçməsinin qarşısını almaq üçün əraziyə FHN-nin Aviasiya dəstəsinin 2 helikopteri, Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.
Hazırda yanğınsöndürmə əməliyyatları davam edir.










