“Rabitə işi” ilə bağlı daha bir yüksək vəzifəli şəxs məhkəmə qarşısına çıxarılıb.
FED.az xəbər verir ki, Qəbələ Rayon Telefon Qovşağının keçmiş rəhbəri Şahin Tağıyevin təqsirləndirilən şəxs qismində cəlb olduğu cinayət işi üzrə məhkəmə bu gün başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fikrət Qəribovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
İclasda Ş.Tağıyevin anket məlumatları dəqiqləşdirilib. Məlum olub ki, o, istintaq zamanı həbs olunmadığı üçün hazırda azadlıqdadır.
Cinayət işi məhkəmə baxışına qəbul edilib. Proses oktyabrın 3-də davam etdiriləcək.
İttihama görə, Ş.Tağıyev vəzifəsindən sui-istifadə edərək dövlət büdcəsindən 161 min manat mənimsəyib.