Cəbrayıl rayonu İcra Hakimiyyətinin sabiq başçısı Mahmud Quliyev bu gün – yanvarın 7-də dünyasını dəyişib.
FED.az xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat veriblər.
Mahmud Quliyev uzun müddət Cəbrayıl rayonunda müxtəlif vəzifələrdə çalışıb. 2000-ci ildən 2016-cı ilə kimi Cəbrayıl rayonu İcra Hakimiyyətinin başçısı işləyib.
Mahmud Quliyev son vaxtlar böyrək xəstəliyindən əziyyət çəkirmiş.