Fevralın 6-da baş verən zəlzələdən zərərçəkənlər üçün Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən Kahramanmaraşın Dulkadiroğlu rayonunda 57 futbol meydançası böyüklüyündə konteyner şəhəri yaradılacaq.
Kahramanmarașda - Azərbaycan Məhəlləsi Salınacaq
FED.az xəbər verir ki, Dərəli rayonunda 410 min kvadratmetr sahədə tikiləcək konteyner şəhərciyində təxminən bir ay əvvəl başlayan torpaqdoldurma işləri başa çatıb.
Bölgədə güclü yağışa baxmayaraq, 2500 konteynerin yerləşdiriləcəyi ərazinin hazırlanması üçün 300 işçi iki növbə üzrə işini davam etdirir. Onlar əvvəllər tarla olan ərazini konteyner şəhəri üçün hazır vəziyyətə gətirməyə çalışırlar.
İşlərin Ramazan Bayramından sonra bitməsi planlaşdırılır. (Oxu.az)