İstanbul və Bursada hiss edilən zəlzələ baş verib.
FED.az xəbər verir ki, AFAD-ın məlumatına görə, zəlzələnin şiddəti 5,1 bal, episentri isə Bursanın Mudanya mahalı olaraq müəyyən edilib. Zəlzələ 9 kilometr dərinlikdə baş verib.
Marja xəbər verir ki, paylaşılan videolarda insanların iş yerlərindən və evlərindən küçəyə çıxdıqları görünür.
Hələlik zəlzələ ilə bağlı rəsmi məlumat açıqlanmayıb. (Marja)