İsmayıllı rayonunda zəlzələ olub.
FED.az xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Bildirilib ki, Xınalıq stansiyasından 22 km cənub-şərqdə, İsmayıllı rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ yerli vaxtla 14:12-də olub.
Zəlzələnin dərinliyi 5 kilometr, maqnitudası isə 3-dür.