İtaliya parlamenti özünümüdafiə hüququ haqqında qanun qəbul edib. FED.az xarici mətbuata istinadən xəbər verir ki, yeni qanuna görə, ölkə vətəndaşları evlərinə soxulan oğru və qarətçilərdən özlərini müdafiə etmək hüququ var.
Başqa sözlə, sənəddə deyilir ki, evə soxulan cinayətkarlara qarşı silahdan istifadə edən vətəndaşların bəraət hüququ olacaq. Qeyd edilib ki, son illər evlərinə soxulan oğruları öldürdüyünə görə, məhkəmə qarşısında dayanan italyanların sayı artmaqdadır.
Bununla yanaşı, İtaliya DİN rəhbəri Matteo Salvini bildirib ki, yeni qanunun qəbul edilməsi İtaliyada «Vəhşi Qərb» yaratmayacaq, sadəcə qanuna əməl edən vətəndaşların maraqlarını qorumağa xidmət edir.
Eləcə də bax: Dünyadakı ən varlı qadın və kişinin - ADI AÇIQLANDI