FED.az xəbər verir kİ, bu barədə AKP rəsmi məlumat yayıb.
Partiyadan bildirilib ki, İstanbulda martın 31-də keçirilən seçkilərə planlı, mütəşəkkil müdaxilə olub, kənar şəhərlərdən minlərlə insan saxta yolla İstanbula qeydə alınaraq, seçkidə iqtidarın əleyhinə səs veriblər: “Odur ki, İstanbulda seçki yenidən keçirilməlidir”.
AKP ilə yanaşı, Daxili işlər naziri Süleyman Soylu və MHP lideri Dövlət Baxçalı da İstanbulda seçkinin təkrar keçirilməsnin vacibliyini dilə gətiriblər. Hər iki şəxs İstanbulda 60 gündən sonra seçki keçiriləcəyinə işarə vurublar.
AKP və MHP-nin bu tələbinə isə həm CHP, həm də İstanbulda seçkini qazanan Əkrəm İmamoğlu tərəfindən sərt reaksiya verib.
CHP yenidən seçki keçirilməsinin yolverilməz olduğunu bəyan edib. Əkrəm İmamoğlu isə yenidən seçki keçirilməsinin Türkiyənin dünyadakı nüfuzuna ciddi təsir göstərəcəyini bəyan edib: ““Belə bir qərar olarsa, bu, Türkiyənin dünyada rəzil duruma düşməsi demək olacaq. Bu, axı nə deməkdir? Belə çıxır ki, qazana bilmədikcə, hər iki aydan bir müxtəlif bəhanə ilə seçkimi keçiriləcək? YSK (seçki qurumu) ədalətli qərarını verməlidir”.
Xatırladaq ki, təkrar seçkinin keçirilməsi ilə bağlı müraciətə hələ ki YSK-dan reaksiya verməyib.
Mənbə: STRATEQ.AZ