İstanbulda səhər saatlarında yol çöküb.
FED.az xəbər verir ki, hadisə nəticəsində ölənlərin olduğu bildirilir.
Məlumata görə, insident İstanbulun Umraniyyə rayonunda baş verib, inşası davam edən yol çöküb.
Qeyd edilir ki, yolun çökməsi nəticəsində torpaq altında iki nəfər qalıb. Onlardan birinin cəsədini torpaq altından çıxarmaq mümkün olub.
Hazırda digər şəxsin cəsədinin torpaq alıtndan çıxarılması üçün işlər aparılır.