Türkiyədə sərnişin təyyarəsi qəzaya uğrayıb.
Eləcə də bax: AZAL-ın Bakıdan Moskvaya uçan təyyarəsi - MƏCBURİ ENİŞ EDİB
FED.az xəbər verir ki, "Pegasus" aviaşirkətinə məxsus "Boeing 737-800" tipli sərnişin təyyarəsi Sabiha Gökçen hava limanına enərkən uçuş zolağından çıxıb.
İlkin məlumata əsasən, qəza nəticəsində 52 nəfər xəsarət alıb.
Belə ki, İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sürüşərək dərəyə aşıb və müxtəlif hissələrə parçalanıb.
Qəza səbəbindən Sabiha Gökçen hava limanı fəaliyyətini dayandırıb, bütün uçuşlar İstanbul hava limanına yönləndirilib.
Hadisə yerinə çoxlu sayda xilasedici cəlb edilib. Sərnişinlər təyyarədən təxliyə edilir. Nəqliyyat naziri Cahit Turhan bildirib ki, təyyarədə 177 sərnişin 6 ekipaj üzvü olub. Onun sözlərinə görə, qəzada ölən yoxdur. Bir neçə nəfər yaralanıb.