İstanbulda aramsız yağan leysan yağışları həyatı iflic edib.
ELƏCƏ DƏ BAX : Azərbaycanlı turistləri daşıyan avtobus Türkiyədə aşdı - 14 YARALI
FED.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Eminönü, Üsküdar, Fatih ərazilərində 1 kvadrat metr əraziyə 113 kiloqram yağış düşüb. Nəticədə yeraltı keçidlərdəki mağazaların malları selə qapılıb.
Satıcılar malları xilas etmək üçün çətin anlar yaşayıb.
Üsküdarda isə dəniz və quru sahələri birləşib.