Türkiyənin İstanbul şəhərində 6 bal gücündə zəlzələ olub.
FED.az xəbər verir ki, “Report” “Hurriyet”ə istinadən xəbər verir ki, bu barədə Kandilli Rəsədxanası məlumat yayıb.
Eləcə də bax: İranda 5,7 maqnitudalı zəlzələ baş verib
Yeraltı təkanlardan vahimələnən sakinlər küçələrə çıxıb. Eyni zamanda məktəblər, xəstəxanalar və ticarət mərkəzləri təxliyyə edilib. Rabitə xətlərində problem yaranıb. Bu səbəbdən zəlzələdən sonra vətəndaşlar yaxınları ilə əlaqə saxlamaqda çətinlik çəkib.
Türkiyənin İstanbul şəhərində baş verən zəlzələ nəticəsində dağıntı qeydə alınıb.
Avcılar məhəlləsindəki məscidin minarəsi aşıb.