İstanbulun Tuzla rayonunda Sabiha Gökçen Hava Limanı yaxınlığında kimya fabrikindəki yanğın zamanı partlayışlar qeydə alınır.
FED.az APA.az-a istinadən xəbər verir ki, yanacaqla dolu tankerin partlaması nəticəsində 2 yanğınsöndürən xəsarət alıb. Daha 6 nəfərin tüstüdən zəhərlənib. Bildirilir ki, ərazidə olan bir neçə avtomobil də yanıb.
İstanbulun Tuzla rayonunda Sabiha Gökçen Hava Limanı yaxınlığında kimya fabrikindəki yanğının qarşısı nisbətən alınıb.
APA-nın yerli bürosunun xəbərinə görə, 52 texnika və yanğınsöndürənlərin dəstəyi olsa da, kimyəvi maddələrin partlaması nəticəsində yanğın yaxınlıqdakı meşəyə də yayılıb. Eləcə də kimyəvi maddələr yola dağıldığından, fabrik ərazisini ağır kəskin qoxu bürüyüb.
İstanbulun bu gün küləkli olması da yanğının qarşısının tam alınmasına problem yaradır. Təhlükənin yaxınlıqdakı digər sənaye müəssisələrinə keçməməsi üçün tədbirlər görülür.
Yanğının fabrikdəki anbarda toplanan xam maddələrin islidən alovlanması və ya nasaz dəzgahdakı qısaqapanmadan baş verdiyi ehtimal olunur.