Türkiyədə, İstanbulun Beşiktaş rayonunda qaldığı oteldə Azərbaycan əsilli 40 yaşlı iş adamı Nihad Əliyev tapança ilə baş nahiyəsinə atəş açaraq intihara cəhd edib.
FED.az “Haberturk”-ə istinadən xəbər verir ki, hospitala yerləşdirilən iş adamının həyatı üçün təhlükə qalır.
Bildirilib ki, hadisə zamanı Əliyevin yanında olan 3 qadının ifadəsi alınıb. Məlumata görə, iş adamı oteldə 6 dostu ilə birlikdə qalırmış.