Mayın 8-də “İsrafil Hüseynov” gəmisində baş vermiş hadisədə yaralanmış "Saipem" şirkətinin 11 əməkdaşı ( o cümlədən Azərbaycan vətəndaşları) Türkiyə, İtaliya, Fransa və Böyük Britaniya xəstəxanalarına nəql edilib.
Eləcə də bax: Xəzərdə gəmidə partlayış olub - Yaralılar var - RƏSMİ AÇIQLAMA
FED.az xəbər verir ki, şirkətdən ONA-ya verilən məlumata görə, həmin şəxslər mayın 11-də "Medevac" - xüsusi avadanlıqla təchiz olunmuş təyyarə ilə nəgl edilib.
Eləcə də bax: Azərbaycan gömrüyündə hadisə - BOĞAZINI KƏSDİ
Məlumatda qeyd edilib ki, daha yüngül xəsarət almış 3 şirkət əməkdaşı artıq vətənlərinə qayıdıblar: "Saipem" şirkəti dərin təəssüf hissi ilə bildirir ki, ən kritik olan əməkdaşımız bu gün səhər Fransada yerləşən xəstəxanada dünyasını dəyişib. Digər əməkdaşımızın həyat üçün təhlükə isə aradan qaldırılıb".
“İsrafil Hüseynov” gəmisindəki yaralılardan biri - FRANSADA ÖLÜB
00:14
13 May 2019