Martın 25-də İsmayıllı rayonunda 3,4 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 22:04-də qeydə alınıb.
Ocağı 12 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.