İranın keçmiş prezidenti Mahmud Əhmədinecat həbs edilib.
Bu barədə "Al-Quds Al-Arabi" agentliyi Tehrandakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilir ki, 61 yaşlı sabiq prezident aksiyalara dəstək verdiyinə və təhrikçiliyə görə həbs olunub. O, Buşer şəhərinə gələrək sakinlərlə söhbətində bildirib ki, hakimiyyətdə olan İran liderləri sadə insanların problemlərindən ayrıca yaşayırlar. Bu hvəziyyətə görə o, prezident Həsən Ruhani hökumətini ölkəni bacarıqsız idarə etməkdə ittiham edib. Keçmiş prezident hazırda İranda baş verən aksiyalara çağırışlarda və hökümət əleyhinə çıxışları dəstəkləməkdaə ittiham olunur. Qeyd olunur ki, Əhmədinecat İranın ali rəhbəri Əli Xomeyninin şəxsi razılığı ilə həbs edilib.