İranın qərb bölgəsində baş vermiş zəlzələ nəticəsində 207 ölüb, 1700 nəfər xəsarət alıb.
Hazırda xilasetmə işləri davam etdirilir. Hadisə ilə əlaqədar Kirmanşah əyalətində 3 günlük matəm elan olunub.
Eləcə də, Report-un məlumatına görə, Türkiyə hökuməti yanında Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması İdarəsi İraqın şərqinə 70 əməkdaş və humanitar yardım göndərməyə hazırlaşır.
"Anadolu" agentliyi yazır ki, bunu Türkiyə baş nazirninin müavinin Receb Akdağ bildirib.
Onun sözlərinə görə, İraqın şimalındakı antikonsitusion addım (sentyabrın 25-də bölgədə keçirilən “referendum”) zəlzələ baş verən rayonlara humanitar yardımdan imtinaya səbəb ola bilməz. Baş nazirnin müavini deyib ki, humanitar yardımla yüklənmiş təyyarələrin enəcəyi hava limanı müəyyənləşdirilir.
İnformasiyaya əsasən, xilasedicilərdən ibarət 30 nəfərlik qrup artıq Türkiyə-İraq sərhədindədir.
Bundan başqa, Türkiyə Qızıl Ay Cəmiyyətinin xətti ilə İraqa 3 min çadır göndəriləcək.
10:01
İranda təqribən 70 min insan İraqla sərhəddə baş verən güclü zəlzələ nəticəsində evsiz qalıb.
RİA "Novosti"nin məlumatına görə, bu barədə İranın Qırmızı Aypara Cəmiyyəti məlumat yayıb.
"Hazırda 70 minə yaxın insan ölkənin Qərb rayonlarında baş verən zəlzələ səbəbindən müvəqqəti sığınacağa ehtiyac duyur, lakin bu rəqəm arta bilər", — deyə məlumatda qeyd olunur.
Noyabrın 12-də İran və İraq sərhədində 7,2 maqnituda gücündə zəlzələ baş verib. Nəticədə 100-dən çox insan ölüb, mindən çox insan xəsarət alıb.