İranın Çabəhar şəhərinin Şəhid Rigi bulvarında partlayış baş verib.
FED.az xəbər verir ki, bu barədə İranın Xəbər Televiziyası xəbər yayıb.
Terrorçu-kamikadze partlayıçı quraşdırılan avtomobili Polis İdarəsinin yaxınlığında partladıb. Nəticədə 3 nəfər ölüb, 19 nəfər yaralanıb.
Çabəhar rayonunun qubernatoru Rəhmdel Bamri deyib ki, hadisə rayonun hüquq-mühafizə orqanları idarəsinin qarşısında baş verib. Polisin müdaxiləsi ilə avtomobili idarənin həyətinə sala bilməyən kamikadze avtomobili partladıb.