İranda zəlzələ olub.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, yeraltı təkanlar Kermanşah vilayətində qeydə alınıb.
Bildirilir ki, yeraltı təkanlar 6,4 bal gücündə olub. Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi isə İran-İraq sərhədində də 6,3 bal gücündə zəlzələnin baş verdiyini xəbər verib.
Baş verən zəlzələdə xəsarət alanların sayı 550 nəfərədək artıb.
Kermanşahda zəlzələdən sonra 20-dən çox yeraltı təkan qeydə alınıb. Zəlzələdən zərər çəkən ərazilərə 23 operativ qrup göndərilib.
Eləcə də bax: “Aqrar sektora ildə 1 milyard manat kredit lazımdır”