İranın şimal-qərbində baş verən 5,8 bal gücündə zəlzələ nəticəsində ölən və xəsarət alanların sayı artıb.
FED.az xəbər verir ki, "Qafqazinfo"nun "PRESS TV"yə istinadən məlumatına görə, azı 5 nəfər ölüb, 120-dən çox insan xəsarət alıb.
Fövqəladə hadisə yerinə səkkiz xilasedici komanda göndərilib.
İranda baş vermiş zəlzələ Azərbaycanın sərhəd rayonlarında - Astara, Lənkəran, Lerik, Yardımlı və Masallıda da hiss edilib – bu haqda Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat verib.