İranın Qırmızı dənizdə göyərtəsində partlayışlar baş verən və yanğın çıxan tankerinin iki raketin hücumuna məruz qaldığı ehtimal edilir.
FED.az xəbər verir ki, bu barədə Milli İran Neft Şirkəti (NIOC) bildirib.
Eləcə də bax: İran Britaniya tankerini - SƏRBƏST BURAXDI
Şirkətdən verilən məlumata görə, tankerdə təxminən 20 dəqiqə fasilə ilə (6:00 və 6:20) iki partlayış olub və onların səbəbi, ehtimal ki, raket hücumlarıdır. Hadisə Səudiyyə Ərəbistanının Ciddə limanından, təxminən, 96 km məsafədə baş verib.
Partlayışdan sonra gəminin göyərtəsində yanğın olub və neft sızması başlayıb.
Eləcə də bax:Böyük Britaniya İrana 1,5 milyard dollar - CƏRİMƏ ÖDƏYİB
Şirkətdən bildirilib ki, hadisə zamanı ekipaj üzvlərindən heç kim xəsarət almayıb və hazırda bütün dənizçilər təhlükəsiz ərazidədir.
Eyni zamanda, tankerin hazırda sabit vəziyyətdə olduğu da vurğulanıb.
Marja