İran hökuməti, nüvə razılaşmasındakı öhdəliklərinin heç birinə əməl etməyəcəyini açıqlayıb.
FED.az xəbər verir ki, İran hökumətinin yaydığı yazılı açıqlamada, Tahran rəhbərliyinin nüvə razılaşmasındakı bütün öhdəlikləri təxirə saldığı qeyd edilib.
Söhbət 2015-ci ildə ABŞ-ın keçmiş prezidenti Barak Obama ilə əldə edilən və 6 ölkənin imzaladığı nüvə proqramı ilə bağlı birgə hərtərəfli fəakliyyət planından gedir (nüvə sazişi buna deyilir).
2018-ci ildən ABŞ bu sazişdən çıxandan sonra İran tədricən müqavilə şərtlərinə əməl etməyi dayandırırdı. İndi isə - ABŞ İran generalını öldürdükdən sonra İranın razılaşmanın əsas şərtinə əməl etməyəcəyini - uranı zənginləşdirməkdə davam edəcəyini bildirib.
Rəsmi Tehran bildirib ki, nüvə sazişinə o zaman qayıdacaq ki, İrana qarşı bütün sanksiyalar ləğv edilsin.
Bununla yanaşı, İran rəhbərliyi Beynəlxalq Atom Enerjisi Agentliyi ilə işləməyə davam edəcəyini bildirib.