Hadisə

“Instagram”da yarım milyonluq dələduzluq - MƏHKƏMƏ BAŞLAYIB

“Instagram”da yarım milyonluq dələduzluq - MƏHKƏMƏ BAŞLAYIB | FED.az
10:07 10 May 2019

Xətai Rayon Məhkəməsində dələduzluq etməkdə təqsirləndirilən Fəxrəndə Səfərovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

FED.az xəbər verir ki, hakim Cavid Hüseynin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası mayın 16-nə təyin edilib.

Eləcə də bax: Azərbaycan gömrüyündə insident: Boğazını kəsdi 

Qeyd edək ki, Neftçala rayon sakini F.Səfərovanı polis əməkdaşları çoxsaylı şikayət əsasında saxlayıblar.

İttihama görə, o, sosial şəbəkədə mağaza açmaq üçün özünə şərik axtardığı barədə elan yerləşdirib. F.Səfərova “Instagram” sosial şəbəkəsində kosmetik əşyaların satılması üçün “İnşaatçılar” metrostansiyası yaxınlığında mağaza açdığı barədə məlumat yayaraq özünə şərik axtardığını bildirib.

O, 31 nəfərə 480 min manatdan çox ziyan vurub.

Digər xəbərlər

Banner