Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirə keçirilib. FED.az xəbər verir ki, müşavirədə çıxış edən prezident İlham Əliyev məsələnin araşdırılmasını və günahkarların tapılaraq məsuliyyətə cəlb edilməsini tələb edib: «İki dəfə baş vermiş qəza çox ciddi araşdırılmalıdır. Çünki son illər Azərbaycanın enerji sektorun çox böyük investisiyalar qoyulub. Son 15 il ərzində Azərbaycanda onlarla yeni elektrik stansiyaları istifadəyə verilib və son 15 il ərzində 2500 Meqavatt gücündə yeni elektrik stansiyaları tikilib və bizim enerji potensialımız hal hazırda 6400 Meqavatta bərabətdir. Onun 2500 Meqavatt-ı dediyim kimi, son 15 il ərzində yaradılıb. Və ölkəmizin bütün bölgələrinə yeni elektrik stansiyaları yaradılıb. Bakı, Sumqayıt, Şirvan, Astara, Xaçmaz, Şəki, Quba və sair. Eyni zamanda bölgələrdə su elektrik stansiyaları yaradılıb. Bu stansiyaların coğrafiyası onu göstərir ki, biz çalışırdıq ki, ölkəmizin bütün bölgələrində yeni stansayalar tikilsin ki, ölkənin enerji sisteminin dayanıqlağa təmin edilsin.
Ancaq bir qəza nəticəsində demək olar ki, büün enerji sistemi sıradan çıxdı.
Bu məsələ çox ciddi suallar yaradır çox ciddi araşdırılmalıdır. Qəza nəticəsində insanlara böyük əziyət verildi, isti havada, iqtisadiyyata böyük ziyan vuruldu.
Düzdür həm birinci, həm ikinci dəfə operativ tədbirlə nəticəsində br neçə saat ərzində enerjinin verilməsi bərpa edildi. Amma belə qəzaar aş verməməliydi və baş versə də belə fəsadlara səbəb olmamalıydı.
Qəzalar olur, həm bu həm başqa sahlərdə, dünyanın başqa ölkələrində, qəzadan heç kim sığortalanmır, amma lokal şəkildə. Bir stansiyada baş verən qəza bütün enerji sistemimizə böyük xərbə vurdu.
Ona görə də bir də deyirəm, çox ciddi araşdırmalar aparılmalıdır, günahkarlar məsuliyyətə cəlb edilməlidir.
Və elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalarjan və onların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək».
İlham Əliyev: «Günahkarlar məsuliyyətə cəlb edilməlidir»
21:49
4 İyul 2018