Azərbaycan hökuməti dekabrın 25-də AZAL şirkətinin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında uğradığı qəza ilə bağlı mövqeyini bir daha açıqlayıb.
"Euronews": AZAL-ın təyyarəsini Qroznı yaxınlığında - RUSİYA TƏRƏFİ VURUB
FED,az xəbər verir ki, hökumətin bununla bağlı mövqeyi Qəzanın səbəblərini araşdırmaq üçün yaradılmış dövlət komissiyasının 2-ci iclasında səsləndərilib.
Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi etdiyi komissiyanın iclasında bildirilib ki, hadisənin başvermə səbəblərinin araşdırılması ilə bağlı Qazaxıstan tərəfindən yaradılmış xüsusi komissiya çərçivəsində istintaq tədbirləri davam edir.
Diqqətə çatdırıldı ki, Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın başvermə səbəbləri şəffaf, obyektiv və hərtərəfli araşdırılmalı, ictimaiyyət istintaqın nəticələri barədə əlumatlandırılmalıdır.
Xatırladaq ki, hadisə nəticəsində 26 Azərbayc\an vətəndaşı həlak olub. Qəzanın səbəbləri ilə bağlı əsas versiya – Rusiyanın Çeçenistan respublikasının üzərindən uçarkən təyyarəyə hava hücumundan müdafiə silahları ilə atəş açılması olub. Hələlik Rusiya tərəfi bunu etiraf etməyib.
Hadisəni Qazaxıstan tərəfi araşdırır, qəzadan sonra tapılan 2 qara qutu da vəziyyəti dəqiqləşdirməyə imkan verməlidir. Azərbaycan tərəfi bu hadisənin araşdırılması üçün Türkiyə tərəfinin ekspertlərini cəlb edib.