“Görünən odur ki, qəzaya uğrayan təyyarənin göyərtəsində sağ qalan yoxdur”.
FED.az xəbər verir ki, bunu Hindistanın Əhmədabad vilayətinin polis komissarı bildirib.
O əlavə edib ki, təyyarənin yaşayış məntəqələri və ofislərin sıx yerləşdiyi əraziyə düşməsi yerli sakinlər arasında da ölənlərin olduğunu deməyə əsas verir:
“Hazırda yekun rəqəmlərlə bağlı dəqiqləşmələr aparılır”.
***
Hindistanda təyyarə qəzası nəticəsində ən azı 120 nəfər ölüb.
FED.az xəbər verir ki, bu barədə "Hindustan Times" məlumat yayıb.
***
Hindistanda qəzaya uğrayan təyyarənin göyərtəsində 169 Hindistan, 53 Britaniya, 7 Portuqaliya və 1 Kanada vətəndaşı olub.
Bu barədə "Air India" məlumat yayıb.
Təyyarənin həkimlər üçün yataqxana binasının üzərinə düşdüyü bildirilir.
***
Hindistanda sərnişin təyyarəsi qəzzaya uğrayıb.
Təyyarənin göyərtəsində 242 sərnişinin olduğu bildirilir.
Hadisə Əhmədabadda baş verib.
Təyyarə London reysi üzrə hərəkətdə olub. (Apa)