Hadisə

"Hilton Baku" hotelində yanğın olub

"Hilton Baku" hotelində yanğın olub | FED.az
15:27 25 Dek 2018

"Hilton Baku" hotelində yanğın olub.

FED.az xəbər verir ki, hadisə hotelin mətbəxində qeydə alınıb. Yanğına qısaqapanma səbəb olub. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb edilib. 

Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, hotelin mətbəxində tüstülənmə baş verməsi barədə Dövlət Yanğından Mühafizə Xidmətinə məlumat daxil olub. Dərhal hadisə yerində yanğınsöndürənlər cəlb edilib.

Yanğınsöndürənlər hadisə yerinə çatanadək hotelin işçiləri tərəfindən tüstülənmənin qarşısı alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Eləcə də bax: Telman İsmayılovun Rusiyaya yolu bağlandı

Digər xəbərlər