Bir neçə saat əvvəl Dövlət Gömrük Komitəsinin strukturlarında keçirlən anti-korrupsiya əməliyyatında həbs edilən şəxslərdən birinin kimliyi məlum olub.
FED.az xəbər verir ki, əməliyyat zamanı Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin direktor müavini Məsumov Hüseyn Möhsün oğlu saxlanılıb.
Xatırladaq ki, Hüseyn Məsumov bir aay əvvəl həbs edilən “Azərterminalkompleks” birliyinin direktoru gömrük general-mayoru Ehtiram Xəlilovu əvəzləmişdi (Gununsesi.info).