Hadisə

Hərbi vəziyyətdə silah satışı haqqında - YENİ QAYDA

Hərbi vəziyyətdə silah satışı haqqında - YENİ QAYDA | FED.az
08:36 18 Sen 2018

Azərbaycanda hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə silah və döyüş sursatının satışı Azərbaycan prezidentinin qərarına əsasən məhdudlaşdırılacaq və ya qadağan olunacaq.

FED.az-ın məlumatına görə, bu, Daxili İşlər Nazirliyinin “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”da dəyişiklik edilməsi barədə qərarında əksiini tapıb.

Eləcə də bax: Sürücülərin tibbi müayinə qaydaları dəyişir – QƏRAR

Qərar sentyabr ayının 14-dən qüvvəyə minib.
Qeyd edək ki, qüvvədə olan Təlimata əsasən indiyə qədər fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə silah və döyüş sursatının satışı Azərbaycan prezidentinin qərarına əsasən məhdudlaşdırıla və ya qadağan oluna bilərdi.

Xatırladaq ki, Təlimata dəyişiklik “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1103-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan prezidentinin 2018-ci il 25 iyun tarixli sərəncamının icrasını təmin etmək məqsədilə edilib.

Bu il mayln 1-də qəbul edilən həmin qanunda qeyd edilir ki, fövqəladə vəziyyətlə bərabər hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində də onun tətbiq edildiyi ərazidə silah və döyüş sursatının satışı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırıla və ya qadağan oluna bilər. “Azərbaycan Respublikasının daxili işlər orqanlarında icazə sisteminin təşkilinə dair Təlimat”a edilən dəyişiklikə isə müfaviq icra hakimiyyətinin səlahiyyətinin Azərbaycan prezidentinə məxsus olması müəyyənləşir.

Digər xəbərlər

Banner