Həbsdə olan sabiq icra başçısı vəfat edib.
FED.az xəbər verir ki, Ağstafa rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev dünən dünyasını dəyişib.
Sabiq icra başçısı Gəncə modul tipli xəstəxanada COVID-19-dan vəfat edib.
Onun sabah Goranboy rayonunun Tapqaraqoyunlu kəndində dəfn olunacağı bildirilir.
Qeyd edək ki , Nizaməddin Quliyev Goranboy, daha sonra isə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı olub.O, işində verdiyi nöqsanlara görə bir müddət idi həbs edilmişdi. (Apa)