Türkiyədə zəlzələ bölgəsi olan Hatayın İskəndərun vilayətində zəlzələ nəticəsində dəniz səviyyəsi qalxıb.
Türkiyə Prezidenti: "Zəlzələdə 8574 nəfər həlak olub, 49 133 nəfər yaralanıb"
FED.az xəbər verir ki, sahil boyu yolları, meydanları və iş yerlərini su basıb. Risk səbəbindən bulvardakı binalar və iş yerləri boşaldılıb.
Qeyd edilib ki, zəlzələdən 2 gün keçməsinə baxmayaraq, dənizin səviyyəsinin enməməsi diqqət çəkib. Həm zəlzələ riski, həm də dənizin su basması səbəbindən sahil zolağındakı evlər boşaldılıb.
İnsanlar təbii fəlakətdən sonra parklarda və bağlı küçə bazarlarında qalmağa çalışırlar.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb. (Trend)