Bakıda tikintisi davam edən binada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
FED.az xəbər verir ki, hadisə dekabrın 23-də Abşeron rayonu, Saray qəsəbəsində olub.
“Halal” MTK-nin inşa etdiyi hündürmətəbəli yaşayış binasında suvaq işləri görən usta, Sumqayıt şəhər sakini, 1981-ci il təvəllüdlü Həbibzadə Camal Mircəfər oğlu binanın 9-cu mərtəbəsindən yıxılaraq ölüb.
Eləcə də bax: İşçiləri sığortalamaq neçəyədir? - PEŞƏLƏR, MƏBLƏĞLƏR
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü ((tikinti işlərinin aparılmasının təhlükəsizlik qaydalarını pozma; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.